Paris-2024: Sənan yarımfinalda uduzdu

Yunan-Roma güləşmimiz Sənan Süleymanov Paris-2024 olimpiadasında yarımfinal görüşünə çıxıb.
90plus.az xəbər verir ki, zədə alan Süleymanov bu raundda qazaxıstanlı rəqibə məğlub olur.
Sənan öncə 1/8 finalda 77 kq çəki dərəcəsində erməniəsilli rəqibinə qalib gəlir:
Sənan Süleymanov 2 - 0 Aik Mnatsakanyan (Bolqarıstan, erməniəsilli)
Təmsilçimiz görüşdə zədələnsə də, fədakarlıqla görüşü davam etdirir.
Sənan 1/4 finalda isə Macarıstan idmançısı Zoltan Levai ilə görüşdən qalib ayrılır:
Hesab 1-1 olsa da, sonuncu xalı qazanan Sənan olduğu üçün qalib elan olunur.
Yarımfinal:
Sənan Süleymanov 1 - 6 Demeu Jadrayev (Qazaxıstan)
Qeyd: Sənan sabah bürünc medal uğrunda yarışacaq
© Copyright 2025, All Rights Reserved