Paris-2024: Taekvondoçumuz finalda!

Paris-2024-də taekvondo yarışında təmsilçimiz Qaşım Maqomedov finala adlayıb.
90plus.az xəbər verir ki, Qaşım öncə 1/8 finalda 58 kq çəkidə irlandiyalı idmançı Cek Uolley ilə qarşılaşaraq 2-0 hesabı ilə qalib gəlib və 1/4-ə adlayıb.
Daha sonra 1/4 finalda İspaniya idmançısı Adriant Visente Yuntaya (2:0) qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinalda Qaşım Maqomedov Olimpiya çempionu Vito Del-Akvilanı üstələyib (İtaliya) olub və 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Qeyd: Maqomedov finalda Cənubi Koreyalı Tae Conq Parkla qarşılaşacaq. Park 2023-cü ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Döyüş saat 23:37-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved