Paris 2024: Təmsilçimiz 1/4 finalda!

Paris Yay Olimpiya Oyunlarında ölkəmizi akademik avarçəkmədə təmsil edən Diana Dımçenko təsnifat mərhələsindən mübarizəyə qoşulub.
90plus.az xəbər verir ki, ikiqat Avropa çempionu olan idmançımız 2000 metr məsafəyə fərdi yarışda iştirak edib.
D.Dımçenko 5 nəfərin yarışdığı qrup yarışında 3-cü yeri tutaraq 1/4 finala vəsiqə qazanıb. Təmsilçimiz məsafəni 7 dəqiqə 52.59 saniyəyə qət edib.
© Copyright 2025, All Rights Reserved