Paris 2024: Təmsilçimiz 39-cu yerdə!

Millimizin ilk təmsilçisi Paris Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verib.
90plus.az xəbər verir ki, sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz Yaylagül Ramazanova kamandan oxatma növündə 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Təmsilçimiz mövsümdə ən yaxşı nəticəsini qazanıb.
Milli üzvümüz 1/32 finalda Quxuan Anla (Çin) qarşı-qarşıya gələcək. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.
Qeyd: 1/32 final görüşləri iyulun 30-da keçiriləcək.
© Copyright 2025, All Rights Reserved