Paris-2024: Avarçəkənimiz medal şansını itirdi

Akademik avarçəkənimiz Diana Dımçenko Paris-2024-də 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.
90plus.az xəbər verir ki, finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko altı idmançı arasında dördüncü yeri tutaraq medal şansını itirib.
Qeyd: Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.
© Copyright 2025, All Rights Reserved