Paris-2024: Trans qalmaqalı

Paris Olimpiadasında italiyalı boksçu Angela Karini trans idmançı ilə döyüşdən imtina edib.
90plus.az xəbər verir ki, Karini əlcəzairli İmane Xeliflə görüşün 1-ci dəqiqəsində geri çəkilib. Çünki o, transla döyüşməkdən imtina edib.
Belə ki, Karini Xelifdən bir neçə sərt zərbə aldıqdan sonra dəbilqəsini yerə atıb və qışqırıb:
"Bu ədalətsizlikdir"
Sonra öz küncünə qayıdıb və davam etmək istəmədiyini bildirib. Xelif qalib elan edilib.
İtaliyalı boksçu öz həyatını xilas etmək üçün döyüşü yarıda saxladığını deyib.
Karini döyüşdən sonra Xeliflə əl sıxmaqdan imtina edib, çünki o, burnunun sınması ehtimalı ilə dpşək üzərində ağlayıb.
Karini “İkinci yumruqdan sonra nəfəs ala bilmədim" deyib.
Qeyd: Xelif gender uyğunluğu testlərindən keçə bilmədiyi üçün 2023-cü ildə Dehlidəki boks üzrə dünya çempionatından diskvalifikasiya edilmişdi. Amma maraqlıdır ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkil etdiyi Paris Olimpiadasında çıxış etməsi məqsədəuyğun hesab edilib.
İtaliyalı boksçu Angela Karini döyüşdən sonra bu sözləri deyib:
“Mənim üçün bu, məğlubiyyət deyil. Mənim üçün o kəndirlərə dırmaşanda artıq döyüşçüsən, artıq qalibsən. Nə olursa olsun, eybi yoxdur, belə yaxşıdır. Bu gecə uduzmadım. Mən sadəcə döyüşçü kimi öz işimi görürdüm. Rinqə çıxdım və döyüşdüm. Başımı dik tutub, ürəyim parçalanmış halda çıxıram. Mən yetkin qadınam. Rinq mənim həyatımdır. Mən həmişə çox instinktiv olmuşam. Və bir şeyin düzgün olmadığını hiss edəndə bu, təslim olmaq deyil. Bu, dur deyə bilmək gücünə sahib olmaq deməkdir. “Yetər, bəsdir” demək bacarığıdır”.
Hətta İlon Mask da baş verənlərə reaksiya bildirib:
Mask, “Kişilər qadın idmanına aid deyil #IStandWithAngelaCarini
Gəlin, bu həştəqi trendə çevirək” paylaşımına "tamamən, qatılıram" deyə reaksiya verib. FOTO