Paris-2024: Triatlonçumuz uduzmağından danışdı

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris Olimpiadasını 43-cü pillədə başa vurub.
90plus.az xəbər verir ki, Pevtsov öz çıxışını belə dəyərləndirib:
"Artıq üçüncü dəfə olimpiadada iştirak etdiyim üçün xoşbəxtəm. Belə yarışlar idmançılara üstünlük verir. Bu gün bəxtim gətirmədi, nəticəmdən narazıyam.
Yarışın ikinci dövrəsində velosipedimin təkəri deşildi. Onu dəyişmək çox vaxtımı aldı. Təəssüf ki, bu hadisəyə görə mükafatçılar sırasına düşə bilmədim. Yarışdan sonra bir az istirahət etmək istəyirəm. Daha sonra yenidən məşqlərə start verəcəyəm".
Qeyd: R.Pevtsov ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.
© Copyright 2025, All Rights Reserved