Paris-2024: Üzgüçümüz 35-ci oldu

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Paris Yay Olimpiya Oyunlarında çıxışını bitirib.
90plus.az xəbər verir ki, üzgüçümüz 50 metr məsafəyə sərbəst üsulla təsnifat mərhələsində üzüb.
Məryəm öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü nəticə göstərib.
Amma bütün qruplar üzrə çıxışların nəticələrinə görə Şeyxəlizadəxangah 35-ci yerin sahibi olub.
Təəssüratları: "Əslində yarış mənim üçün pis keçmədi. Mənim üzdüyüm 50 metr məsafədə 79 idmançı mübarizə aparırdı. Bu isə rəqabətin çox olmasından xəbər verir. Olimpiadalardakı ikinci çıxışımda ən yaxşı nəticəmi göstərdim. Gələcəkdəki yarışlarda daha yüksək yerlərdə qərarlaşmaq istəyirəm".
© Copyright 2025, All Rights Reserved