Paris-2024: VAR -ın 3 dəqiqəlik oyunu

Argentina olimpiya millisi Mərakeş qarşısında bərabərlik qolunu vurduqdan sonra azarkeşlərin meydançaya yad əşyalar atması səbəbilə oyun dayandırılmış və matçın 2-2 hesabı ilə bitdiyi zənn olunmuşdu.
90plus.az xəbər verir ki, əslində isə bərabərlik qolu ofsayd səbəbilə VAR-dan ləğv olunub və görüş Mərakeşin 2-1 hesablı qələbəsi ilə nəticələnib.
Görüş iki saat keçdikdən sonra davam edib və qaldığı yerdən cəmi 3 dəqiqə oynadılıb. VAR həmin anda qərarı verərək Argentinanın qolunu ləğv edib.
Argentina-Mərakeş oyunu (1:2) dünya futbol tarixinə ən uzun oyun kimi düşüb. Saat 17:00-da start fiti səslənib. Oyun saat 21:07-də başa çatıb. Beləliklə, oyun 4 saat 7 dəqiqə davam edib. FOTO
Ofsayd xətti. FOTO
VİDEO: https://t.me/doxsanplus/86396
Leo Messi “İnstaqram”da belə yazıb: "İnanılmaz". FOTO
Baş məşqçi Xavyer Maskeranonun bu situasiyaya verdiyi şərh: "Həyatımda gördüyüm ən böyük sirkdir!"
© Copyright 2025, All Rights Reserved