Paris-2024: Xərci borcunu ödəmir

Fransanın Dövlət İdarəçilik və Siyasət Araşdırmaları İnstitutu Paris Olimpiadasına çəkilən xərci hesablayıb
90plus.az xəbər verir ki, xərc 9 milyard avrodan 11 milyard avroya qalxıb.
Amma ilkin olaraq Olimpiya Oyunları üçün xərclərin 6,2 milyard avronu keçməyəcəyi güman edilirdi.
“Sena çayının təmizlənməsi, açılış mərasiminin təmin edilməsi xərcləri və bonuslar əlavə olunarsa, ümumilikdə 11 milyard avro olur”.
Sena çayının çirki hələ də tam təmizlənməyib. Üzgüçülük yarışlarından ümumilikdə 34 nəfər zərər çəkib. Onlardan 10 nəfəri qusma əlamətlərindən əziyyət çəkib, digər 24-ü isə müxtəlif simptomlarla xəstəxanaya yerləşdirilib.
Ekspertlər uzun müddətdir Fransa paytaxtının əsas su arteriyasının acınacaqlı vəziyyəti barədə xəbərdarlıq edirdilər. Ölkənin ekoloqları Senanın çoxdan sənaye və kanalizasiya tullantılarının axıdıldığı çirkli arxa çevrildiyini və sudakı zərərli maddələrin konsentrasiyasının yol verilən normalardan onlarla dəfə çox olduğu barədə xəbərdarlıq ediblər.
Olimpiya Oyunlarının təşkilatçıları Sena çayını oyunların başlanğıcına qədər təmizləməyi vəd etsələr də, bu tədbirlər səmərəsiz olub. İdmançıların sağlamlığı və hətta həyatı ciddi risk altına düşüb.
Mənbə: Libération
© Copyright 2025, All Rights Reserved