Paris Olimpiya kəndində qida çatışmazlığı!

İştirakçılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər.
90plus.az xəbər verir ki, çərşənbə günü səhər yeməyində yumurtaya məhdudiyyət qoyulub.
Parisdəki Olimpiya kəndindəki idmançılar qida ehtiyatlarının yığılmasının sürətindən də şikayətlənirlər.
Sözügedən yerdə bu sahəyə cavabdeh şirkət problemin olduğunu etiraf edib və onun həlli istiqamətində fəal iş aparıldığını bildirib.
Qeyd: Millimiz Fransada 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Mənbə: L'Equipe
© Copyright 2025, All Rights Reserved