Paris Olimpiya Oyunlarına start verilir

Bu gün Parisdə-2024 Yay Olimpiya Oyunları başlayacaq.
90plus.az xəbər verir ki, yarışın rəsmi açılışı isə iyulun 26-da baş tutacaq. Lakin bu gün 2 idman növündə yarışlar start götürəcək.
Bakı vaxtı ilə saat 17:00-da futbol üzrə Argentina millisi Mərakeşlə, Özbəkistan komandası isə İspaniya ilə qarşı-qarşıya gələcək.
Həmçinin bu gün reqbi-7 üzrə yarışlar da keçiriləcək.
Qeyd: Azərbaycan yarışda 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq.
© Copyright 2025, All Rights Reserved