Parteyin yeni adresi bəlli oldu

90plus.az xəbər verir ki, "Arsenal"dən ayrılan qanalı ulduz futbolçu Tomas Parteyin İspaniyanın "Vilyarreal" klubu ilə razılığa gəldiyi iddia olunur. 32 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib və "Vilyarreal"la 2027-ci ilə qədər nəzərdə tutulan 2 illik müqaviləyə imza atmağa hazırlaşır.
Tomas Parteyin "Arsenal"la müqaviləsi bu ilin iyun ayında başa çatıb və o, azad agent statusu alıb. Onun "Vilyarreal"ı seçməsində Çempionlar Liqasında çıxış etmək imkanının əsas rol oynadığı bildirilir.
Partey London klubunda qalmaq üçün danışıqlar aparsa da, nəticədə razılıq əldə olunmayıb.
Tomas Partey 2020-ci ildə "Atletiko Madrid"dən "Arsenal"a 50 milyon avroya transfer olunmuşdu. O, London klubunun heyətində 167 oyuna çıxaraq 9 qola imza atıb. 2024/25 mövsümündə isə "Arsenal" formasında 52 matçda iştirak edib.
© Copyright 2025, All Rights Reserved