Patrik Dorqu “Man Yunayted”də xoşbəxtdir

“Mançester Yunayted”in sol cinah müdafiəçisi Patrik Dorqu fevral ayında kluba keçidindən sonra uyğunlaşma prosesi barədə danışıb.
90plus.az xəbər verir ki, Dorqu öz çıxışını bəyənib:
“Çətin və məsuliyyətli oldu, amma çox oynadığım üçün xoşbəxtəm. Düşünürəm ki, baş məşqçi mənə güvənir və komandaya kömək etməyə çalışıram. Sadəcə meydanda olmaq məni sevindirir və əlimdən gələnin ən yaxşısını etməyə çalışıram,” – deyə Dorqu bildirib.
O, əvvəlki komandası ilə müqayisədə bəzi fərqliliklərin olduğunu qeyd edib:
“Əvvəlki komandamla bir az fərq var, amma orada da hücumameylli oynayırdım. Sadəcə, buradakı futbolçulara və onların meydandakı hərəkətlərinə uyğunlaşmalıyam.”
Patrik Dorqu bu ilin fevralında “Mançester Yunayted”ə keçib və artıq klubun heyətində 19 oyunda iştirak edib. O, “Leççe”dən belə böyük bir kluba keçidin yaratdığı təzyiqdən də danışıb:
“‘Mançester Yunayted"də olmaq tamamilə fərqlidir, çünki azarkeş kütləsi çox böyükdür. Çox adam danışır! Hər kəs ‘Yunayted’den danışır.
Bu, gənc oyunçular üçün çətin ola bilər, amma düzgün düşüncə tərzin varsa, hər kəs bunun öhdəsindən gələ bilər. Əsas olan meydanda özünü göstərməkdir.”
© Copyright 2025, All Rights Reserved