Pedri UEFA-nı hakimləri araşdırmağa çağırıb

Pedri UEFA-nı "Barselona"nın Ç/L yarımfinalında "İnter"ə San Siroda 3:4 hesabı ilə uduzduqları oyunu idarə edən Szimon Marçiniak və VAR rəsmilərinin hakimlik fəaliyyətini araşdırmağa çağırıb.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisinin 22 yaşlı yarımmüdafiəçisi bu hakimlərin "Barsa"ya növbəti haqsızlıq olduğunu söyləyib.
Marçiniak 2022-ci ildə Kamp Nouda "Barselona"nın "İnter"lə 3:3 hesablı heç-heçə etdiyi oyun zamanı hakimlik edib və həmin mövsüm Barça San Siroda "İnter"ə 0:1 hesabı ilə uduzduğu zaman hər iki VAR rəsmisi vəzifə yerinə yetirib.
© Copyright 2025, All Rights Reserved