Pedri yenidən "Barselona"nın tarixinə düşdü

Pedri “Barselona”nın tarixində 200 oyun keçirən ən gənc futbolçu olub.
90plus.az xəbər verir ki, Pedri 22 yaş 171 günündə tarixi uğura imza atıb. O, bu göstəricidə Lionel Messini geridə qoyub. Argentinalı futbolçu 200-cü oyununu 22 yaş 273 günündə keçirib. Pedrinin "Barselona"dakı debütü 2019-cu il sentyabrın 27-də "Viyareal"a qarşı görüşə təsadüf edib.
Qeyd: Gənc yaşlarından "Barselona"da forma geyinən Pedri "Qolden Boy" mükafatına da layiq görülüb.
© Copyright 2025, All Rights Reserved