Pep Qvardiola komandasına güvənmir - AÇIQLAMA
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada davam edən çempionluq mübarizəsi ilə bağlı diqqətçəkən açıqlama verib. “Arsenal”la gərgin rəqabət aparan təcrübəli mütəxəssis azarkeşləri təəccübləndirən səmimi etirafı ilə gündəmə gəlib.
“Mançester Siti”nin çalışdırıcısı mövsümün qalan hissəsi barədə danışarkən komandasının bütün oyunları qazanmasının real görünmədiyini bildirib.
Qvardiola açıqlamasında deyib:
“Sizə söz verirəm, sizinlə dürüst olacağam; qarşıda hələ çox hadisə baş verəcək. İçimdə elə bir hiss var ki, bütün oyunlarımızı qazana bilməyəcəyik. ‘Arsenal’ın nə edəcəyini bilmirəm, amma hissim budur – bütün matçları qazanmayacağıq...”
Hazırda 27 turu geridə qalan çempionatda “Arsenal” 58 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 56 xalla ikinci pillədə qərarlaşıb.
Beləliklə, Premyer Liqada çempionluq yarışı son həftələrə doğru daha da gərgin xarakter almağa davam edir.
© Copyright 2026, All Rights Reserved