Pep Qvardiola: "Mən sizə yalan danışdım"

”Man Siti"nin baş məşqçisi Pep Qvardiola “Real Madrid”ə qarşı oynanılacaq cavab matçı barədə iddialı danışıb.
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmasında "Real Madrid" öz meydanında "Man Siti"ni qəbul edəcək. Qonaqların çalışdırıcısı maraqlı açıqlamalar ilə yadda qalıb:
”Biz demək olar ki, mükəmməl bir oyun oynamalıyıq, əlbəttə. Hücum etməliyik, qollar vurmalıyıq. Bu, bizim məqsədimizdir.
Cəsarətlə oynamalıyıq, özümüz olmalıyıq. Böyük bir cəsarət lazımdır və biz yalnız qazanmaq üçün oynamağa məcburuq. İlk oyunda təqdim etdiyimiz nəticəyə görə, irəliləmək üçün mükəmməl oyun oynamalıyıq.
Yenə də uduza bilərik, amma cəsarətimizi göstərməliyik və özümüz olmalıyıq. Çətin olacaq, xüsusən də ilk oyunda əldə etdiyimiz nəticəyə görə. Çox yaxşı oynamalıyıq. Bu mərhələdə və bu stadionda təzyiq var - amma “Milan”, “Barsa” “Enfild”kimi yerlərdə də təzyiq var. Bu yerlərdə əzab çəkməlisiniz, amma həmin anları minimuma endirməyə çalışmalısınız".
Jurnalist : "Ançelotti demişdi ki, onlar 99%-lik şansa sahib deyillər, amma kiçik bir üstünlükləri var".
"İlk dəfə mənə inanmadı. Həmişə düşündüyümü deyirəm, amma bu dəfə mənə inanmadınız. Mən sizə yalan danışdım. Bizim şansımız 1%-dən çoxdur. İlk oyunun nəticəsinə görə yaxşı oynamaqdan başqa seçimimiz yoxdur. ”Real Madrid" adi bir komanda deyil, heç vaxt. Kabus bizim üçün "Real Madrid"dir".
Qeyd: ”Real Madrid” - “Mançester Siti” matçı bu gecə 00:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved