Pep Qvardiola Savinyo və Ederson barədə açıqlama verdi

Pep Qvardiola “Tottenhem”in maraq dairəsində olan Savinyonu komandada saxlamaq istədiyini açıq şəkildə bildirib.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi gənc vingerin istedadını və potensialını yüksək qiymətləndirib, lakin hər hansı transferin sonda futbolçunun istəyindən və klublar arasında razılaşmanın əldə olunmasından asılı olduğunu qeyd edib:
“Bu gün məni düşündürən yeganə şey Savinyonun mövsümün sonuna qədər və ümid edirəm ki, uzun illər bizimlə qalmasıdır. O, möhtəşəmdir!
Amma sonda, həmişə olduğu kimi, futbolçunun istəyi hər şeydən üstün gəlir və bundan sonra klubla razılaşma olmalıdır. Əgər razılaşma əldə olunmasa, futbolçu burada qalacaq”.
Bununla yanaşı, Qvardiola “Mançester Siti”nin qapıçısı Edersonun gələcək taleyi ilə bağlı gəzən şayiələrə də toxunub. O, braziliyalı qolkiperin həftəsonu oyun üçün heyətdə olmayacağını təsdiqləyib, lakin Edersonun klubdan ayrılmaq istədiyini və ya rəsmi təklif aldığını bildirmədiyini vurğulayıb:
“Ederson yanıma gəlib ‘getmək istəyirəm’ və ya ‘təklifim var’ deməyib. Bütün oyunçular buradadır, onlar bizim futbolçularımızdır və mən onlarla işləyirəm…
Nə baş verəcəyini isə heç kim bilmir!”.
© Copyright 2025, All Rights Reserved