Pep Qvardiola ayrılıq iddialarına nöqtəni qoydu
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında bu gün “Vest Hem Yunayted”lə keçiriləcək oyun öncəsi mətbuat qarşısına çıxan ispan mütəxəssis komandada qalmaq istədiyini vurğulayıb.
İngilis mətbuatında son günlər Pep Qvardiolanın mövsümün sonunda “Mançester Siti”dən ayrıla biləcəyi və klub rəhbərliyinin mümkün namizədləri dəyərləndirməyə başladığı iddia olunmuşdu. Xəbərlərdə, həmçinin “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın Qvardiolanın mümkün varisi kimi ön plana çıxdığı qeyd edilirdi.
Mövzu ilə bağlı danışan Pep Qvardiola bunları deyib:
“Burada xoşbəxtəm və burada qalmaq istəyirəm. Nə deyə bilərəm ki? Mən ayrıldığım zaman ‘Mançester Siti’ bu möhtəşəm dövrü davam etdirmək üçün ən doğru adı seçəcək.”
Təcrübəli çalışdırıcı sözlərinə belə davam edib:
“Son illərdə dəfələrlə bu cür söz-söhbətlər olub, amma mən burada qalmaq istəyirəm. Mövsümün sonunda nələr olacağını görəcəyik.”
Qvardiola fikirlərini yekunlaşdırarkən ötən mövsümün çətinliyinə də toxunub:
“Keçən mövsüm həqiqətən çox ağır idi və mən təslim olmadım, komandada qaldım. Bu mövsüm bir çox cəhətdən daha yaxşı keçir və mən hələ də buradayam. Bu, mənim hisslərimlə bağlıdır və hazırda özümü yaxşı hiss edirəm. Ona görə də davam etmək istəyirəm.”
© Copyright 2026, All Rights Reserved