Pep Silvanı yeni kapitan təyin etdi

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Bernardo Silvanı komandanın yeni kapitanı təyin edib.
90plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Etihad Stadionunda keçirə biləcəyi son mövsümdə komandaya liderlik edəcək. (📰: Daily Mail)
Adətən kapitanın müəyyənləşdirilməsində futbolçuların və texniki heyətin səsverməsinə üstünlük verən Qvardiola bu dəfə qərarı özü verib. O, eyni zamanda Ruben Dias, Rodri və Erlinq Haalandi vitse-kapitanlar kimi təyin edib.
2017-ci ildə “Monako”dan “Siti”yə transfer olunan Silva hazırda müqaviləsinin son ilinə daxil olub.
© Copyright 2025, All Rights Reserved