Peres Modriçi "Real Madrid"ə qaytarır
Hazırda “Milan” klubunda çıxış edən xorvatiyalı ulduz Luka Modriç karyerasını bitirdikdən sonra “Real Madrid”ə qayıtmağa hazırlaşır.
90plus.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçiyə şəxsən “Real Madrid”in prezidenti Florentino Peres tərəfindən təklif göndərilib. Təklifə əsasən, Modriç ya klubun səfiri, ya da “Valdebebas” akademiyasında gənclərlə işləyən məşqçi kimi fəaliyyət göstərə bilər. Xorvatiyalı futbolçunun xüsusilə uşaqlarla işləmək və məşqçilik karyerasına akademiyada başlamaq fikrindən həyəcanlandığı bildirilir.
Lakin Modriç qərar verməzdən əvvəl bir illik fasilə götürərək ailəsi ilə vaxt keçirməyi və dincəlməyi planlaşdırır. Daha sonra isə məşqçilik kurslarına başlayaraq yeni mərhələyə hazırlaşacaq.
Yaşına baxmayaraq, Luka Modriç “Milan”da hələ də əsas fiqurlardan biri olaraq çıxış edir. Klub onun liderlik keyfiyyətini və peşəkarlığını yüksək qiymətləndirir.
© Copyright 2026, All Rights Reserved