Peres “Real”dan heç yerə gedən deyil
Florentino Peres “Real Madrid”dən erkən ayrılmaq fikrində deyil – 2029-cu ilə qədər davam edəcək.
90plus.az xəbər verir ki, “Real Madrid”in prezidenti Florentino Peres vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətində deyil. İspaniyanın COPE radiosunun məlumatına görə, 78 yaşlı rəhbər ən azı 2029-cu ilə qədər klubda prezident postunda qalmağı planlaşdırır.
Peresin əsas məqsədləri arasında Avropa Super Liqası layihəsini yekunlaşdırmaq və “Santyaqo Bernabeu” stadionunun modernləşmə prosesini tam başa çatdırmaq dayanır.
ℹ️Xatırlatma: Florentino Peres 2009-cu ildən bəri “Real Madrid”ə rəhbərlik edir və onun dövründə klub həm idman, həm də maliyyə baxımından tarixinin ən uğurlu mərhələlərindən birini yaşayıb.
© Copyright 2025, All Rights Reserved