Perişiç PSV-də qalır, “Barsa” ondan vaz keçdi

TƏCİLİ: İvan Perişiç PSV ilə yeni müqaviləyə çox yaxındır.
90plus.az xəbər verir ki, xorvatiyalı cinah oyunçusu Niderlandın "PSV Eindhoven" ilə yeni iki illik müqavilənin şərtlərini qəbul edib. Hazırda yalnız bəzi kiçik detalların razılaşdırılması qalır və bundan sonra müqavilə rəsmiləşəcək.
“Barselona” da Perişiçlə maraqlanıb, lakin hazırda onların əsas diqqəti Nikoya yönəlib.
Flik və Perişiç “Bayern”də birlikdə çalışıblar və “Barselona”nın hazırkı baş məşqçisi xorvatiyalını yaxşı tanıyır. Hətta Flikin onu bu yay “Barselona” hücumuna güc qata biləcək potensial namizəd kimi gördüyü bildirilirdi. Amma elə olmadı.
Perişiç PSV ilə müqaviləni uzadır
Tanınmış transfer eksperti Fabrisio Romano bildirib ki, İvan Perişiçin bu yay “Barselona”ya keçidi baş tutmayacaq.
Romano qeyd edib ki, xorvatiyalı futbolçu PSV ilə yeni iki illik müqavilə imzalamağa yaxındır. Tərəflər şərtlər üzərində razılığa gəliblər, hazırda sadəcə bəzi kiçik detallar dəqiqləşdirilir və müqavilə rəsmiləşdiriləcək.
Beləliklə, İvan Perişiç ən azı 38 yaşına qədər PSV-də qalacaq. Bu isə “Barselona”nın Robert Levandovskiyə göstərdiyi etimada bənzəyir. Polşalı hücumçu növbəti mövsümdə də “Barselona”nın hücum xəttində əsas fiqur olacaq.
“Barselona”nın əsas hədəfi: Niko Uilyams
Romano əlavə edir ki, Perişiçlə maraqlansalar da, “Barselona”nın yay planlarında əsas prioritet Niko Uilyamsdır. “Atletik”in cinah oyunçusu Kataloniya klubunun yay transfer siyahısında birinci pillədə yer alır və komandanın bir çox üzvü onunla eyni komandada oynamağa can atır.
Məlumata görə, “Barselona” artıq Nikonun özü ilə razılıq əldə edib, lakin “Atletik” klubu işi çətinə salır.
© Copyright 2025, All Rights Reserved