PFL “Ayın qolu” üzrə 3 qalib seçdi
PFL “Ayın qolu”nun qaliblərini açıqladı: üç liqada ən yaxşılar seçildi.
90plus.az xəbər verir ki, müxtəlif liqalarda vurulan ən baxımlı qollar münsiflər heyəti tərəfindən dəyərləndirilib və qaliblər müəyyənləşib.
Səsvermənin yekununa əsasən, Misli Premyer Liqasında ayın ən yaxşı qolunun müəllifi “Sabah”ın futbolçusu Xəyal Əliyev seçilib. Birinci Liqada bu ada “Karvan”ın üzvü Elmin Bayramov layiq görülüb.
İkinci Liqada isə rəqiblərini geridə qoyan “Göygöl”ün futbolçusu Taleh Hüseynzadə olub. O, münsiflərin səsverməsində ən yüksək nəticəni göstərərək nominasiya üzrə qalib adını qazanıb.
Beləliklə, may ayında Azərbaycan futbolunun üç əsas liqasında vurulan ən baxımlı qolların müəllifləri Xəyal Əliyev, Elmin Bayramov və Taleh Hüseynzadə olublar.
© Copyright 2026, All Rights Reserved