"Piza" Cilardinonu qovdu
İtaliyanın “Piza” klubu baş məşqçisi Alberto Cilardinonu vəzifəsindən azad edib.
90plus.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarışın autsayderi olan klub rəhbərliyi Cilardinonun işindən məmnun qalmayıb.
İtaliya millisinin keçmiş üzvü 2025-ci ilin yayından etibarən “Piza”nı çalışdırırdı. Bu müddət ərzində komanda 25 matç keçirib: 2 qələbə qazanıb, 11 oyun heç-heçə ilə bitib, 12 görüşdə isə uduzub. “Piza” A seriyasının 23 turundan sonra 14 xalla 19-cu sıradadır.
© Copyright 2026, All Rights Reserved