Platini: "Komandada futbolçu sayını 10-a salmalıyıq"

Mişel Platini futbolçu sayının 10-a endirilməsi təklifini irəli sürüb.
90plus.az xəbər verir ki, fransalı futbol adamı Mişel Platini yerli mətbuata maraqlı açıqlamalar verib:
"Bəlkə də hər komandadan bir oyunçu çıxarıb on futbolçu ilə oynamalıyıq. Keçən əsrdə onlar 11 nəfərlik komandalarda oynayırdılar, lakin həmin dönəmdə oyunçular indikindən daha yavaş qaçırdılar. O vaxtlar fiziki cəhətdən daha zəif idilər. Ona görə də oyunçuların sayını azaltmaq yaxşı fikir olmaya bilərdi"
Qeyd: Mişel Platini futbolda korrupsiyaya və rüşvətə görə müəyyən müddətlik futboldan uzaqlaşdırılıb.
© Copyright 2025, All Rights Reserved