Poçettino yeni iş yerində qələbə ilə başladı

2026 Dünya Kubokunun ev sahiblərindən olan ABŞhazırlıq oyununda Panama ilə qarşılaşdı.
90plus.az xəbər verir ki, oyun ilk hissədə qolsuz başa çatdı, amma ABŞ ikinci hissədə tapdığı qollarla qalib gəldi.
Maurisio Poçettinonun komandasına qələbəni gətirən qolları 49-cu dəqiqədə Yunus Musah və 90+4-də Rikardo Pepi vurdu.
İLK OYUN, İLK QƏLƏBƏ
ABŞ Milli Komandasında baş məşqçi Maurisio Poçettino komandasının başında ilk oyununa çıxdı.
Poçettino oyundan sonra verdiyi açıqlamada, "Komanda ilə bir neçə gün məşq etdikdən sonra konsentrə olmuş və planı izləyir olmamız sevindiricidir. Bu, böyüməyə və daha yaxşı olmağa başlamaq üçün atılacaq ilk addımın əsasını qoydu," dedi.
Qreq Berhalterin yerinə ABŞ Milli Komandasında vəzifə alan Maurisio Poçettino daha əvvəl "Çelsi", "Sauthempton", "Tottenhem", PSJ və "Espanyol"da çalışıb.
ABŞ növbəti hazırlıq oyununda Meksika ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved