Pol Poqba Monakoya çatdı!

Pol Poqba bu axşam – 26 iyun, cümə axşamı günü Monakoya gəlib.
90plus.az xəbər verir ki, fransalı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra 2027-ci ilin yayına qədər “Monako” ilə müqavilə imzalayacaq.
Hazırda 32 yaşı olan Poqba “Yuventus”la müqaviləsini qarşılıqlı razılaşma əsasında pozduqdan sonra azad agent statusu qazanmışdı. O, mart ayında başa çatan dopinq cəzasından sonra karyerasını yenidən dirçəltməyə çalışır.
“Monako” eyni zamanda “Barselona”nın 22 yaşlı hücumçusu Ansu Fatini də heyətinə qatıb. Gənc futbolçu bir illik icarə əsasında Fransa klubuna qoşulub və onun müqaviləsinə satınalma imkanı da daxildir.
Bu iki transfer “Monako”nun qarşıdakı Liqa 1 və Çempionlar Liqası mövsümünə iddialı şəkildə hazırlaşdığını göstərir. Klub həm təcrübəli, həm də gənc və istedadlı futbolçuların kombinasiyasına üstünlük verir.
© Copyright 2025, All Rights Reserved