Polşalı Bundesliqa klubunda baş məşqçi kimi təsdiqləndi
Oygen Polianski Münhenqladbax "Borussiya"sının daimi baş məşqçisi olaraq təsdiqlənib.
90plus.az xəbər verir ki, Polşa millisinin keçmiş yarımmüdafiəçisi Herardo Seoane sentyabrın ortalarında istefaya göndərildikdən sonra komandaya müvəqqəti rəhbərlik edirdi və indi rəsmi şəkildə baş məşqçi postuna təyin olunub.
Onunla bağlanan müqavilə 2028-ci ilə qədər qüvvədə qalacaq.
Xatırlatma: Komanda son üç qarşılaşmada ardıcıl üç qələbə əldə edib və hazırda Bundesliqada 12-ci pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved