"Porto"nun sabiq kapitanı vəfat etdi

"Portu"nun əfsanəvi kapitanı Jorje Koşta dünyasını dəyişib
90plus.az xəbər verir ki, Portuqaliyanın tanınmış sabiq futbolçusu Jorje Koşta 54 yaşında vəfat edib. Bu barədə "Portu" klubunun rəsmi saytında məlumat yayılıb.
Futbolçu karyerasının əksər hissəsini "Portu" klubunda keçirən Koşta bu komandanın yetirməsi olub. O, 1990–2005-ci illər arasında klubun əsas heyətində çıxış edib və uzun illər kapitan sarğısını daşıyıb.
Keçmiş müdafiəçi "Portu" ilə birlikdə 8 dəfə Portuqaliya çempionu olub, 5 dəfə ölkə kubokunu və 8 dəfə Superkuboku qazanıb. O, həmçinin UEFA Çempionlar Liqasının, UEFA Kubokunun və İnterkontinental Kubokun qalibi olub.
Koşta karyerası ərzində “Penafiel”, “Maritimu” və “Çarlton Atletik” kimi klublarda da icarə əsasında forma geyinib, peşəkar futbolçu həyatına isə Belçikanın “Standard” klubunda son verib.
Məşqçilik fəaliyyətində isə o, xüsusilə 2011/2012 mövsümündə Rumıniyanın “ÇFR Kluj” komandasını ölkə çempionluğuna daşıması ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved