Portuqaliya ilə oyun üçün millimizin heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya yığması ilə, evdə isə Bolqarıstan komandası ilə üz-üzə gələcək. Oyunların heyəti artıq müəyyənləşib.
90plus.az xəbər verir ki, U-21 komandası sentyabrın 1-də təlim-məşq toplanışına başlayacaq. Sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barselonada Portuqaliya ilə, sentyabrın 9-da saat 18:00-da isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. B qrupunda yer alan komandamız sentyabrın 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola çıxacaq.
U-21 komandaya dəvət edilən futbolçuların siyahısını diqqətinizə təqdim edirik:
|
Nr. |
Adı / Soyadı |
Klub |
|
1 |
Rəvan Mirzəmmədov |
Sabah |
|
2 |
Xəyal Fərzullayev |
Sumqayıt |
|
3 |
Səlim Həşimov |
Şamaxı |
|
4 |
İbrahim Ramazanov |
Turan Tovuz |
|
5 |
Elgün Dünyamalıyev |
Sabah |
|
6 |
Raul Məmmədov |
Kəpəz |
|
7 |
Nadir Orucov |
Sumqayıt |
|
8 |
Emin Rüstəmov |
Səbail |
|
9 |
Ayxan Süleymanlı |
Sumqayıt |
|
10 |
Sənan Muradlı |
Şamaxı |
|
11 |
Rüfət Abbasov |
Şamaxı |
|
12 |
Nihad Əhmədzadə |
Sumqayıt |
|
13 |
Eşqin Əhmədov |
Qəbələ |
|
14 |
Əkbər Eyubov |
Zirə |
|
15 |
Hikmət Cəbrayılzadə |
Qarabağ |
|
16 |
Murad Məmmədov |
Neftçi |
|
17 |
Edqar Adilxanov |
Şamaxı |
|
18 |
Emil Süleymanov |
Şamaxı |
|
19 |
Oruc Məmmədov |
Şamaxı |
|
20 |
Elcan Əbilov |
Kəpəz |
|
21 |
Həsən Nəzərli |
Ankaragücü (Türkiyə) |
|
22 |
Nahid Əliyev |
Şəfa |
|
23 |
Ağadadaş Salyanskiy |
Neftçi |
|
24 |
Sadiq Şəfiyev |
Turan Tovuz |
© Copyright 2026, All Rights Reserved