Portuqaliyalı futbolçu "Yuventus"da qaldı

90plus.az xəbər verir ki, İtaliyanın "Yuventus" klubu ötən mövsüm Portuqaliyanın "Portu" komandasından icarəyə götürdüyü Fransisku Konsesayonun transfer hüququnu əldə edib. Klubun rəsmi açıqlamasında, 22 yaşlı portuqaliyalı milli futbolçu ilə 2030-cu ilədək müqavilə imzalandığı bildirilib.
Digər tərəfdən, "Portu" rəhbərliyi transferin 32 milyon avro qarşılığında baş tutduğunu açıqlayıb. Karyerasına "Portu"da başlayan cinah oyunçusu 2022-ci ildə Niderland təmsilçisi "Ayaks"a keçmiş, bir il sonra isə yenidən Portuqaliya klubuna qayıtmışdı.
Fransisku Konsesayon ötən mövsüm icarə əsasında çıxış etdiyi "Yuventus"un heyətində 40 oyuna çıxaraq 7 qola imza atıb.
© Copyright 2025, All Rights Reserved