Preident İlham Əliyev: “Qarabağ xalqımızı qürurlandırmağa davam edir”

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” komandası üzərində 2:0 hesablı qələbəsi münasibətilə təbrik edib.
90plus.az xəbər verir ki, prezidentin təbrikində qeyd olunur:
“Danimarka çempionu “Kopenhagen” üzərində inamlı qələbə qazandığı üçün “Qarabağ” futbol klubunu və bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən prestijli klub turnirinin əsas mərhələsində iki oyunda ardıcıl qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə bir səviyyədə mübarizə apararaq xalqımızı qürurlandırmağa davam edir.”
© Copyright 2025, All Rights Reserved