Premyer Liqa: Ayın ən yaxşısı odur
“Brentford”un hücumçusu İqor Tyaqo yanvar ayının ən yaxşı futbolçusu seçilərək İngiltərə Premyer Liqasının tarixinə düşüb.
90plus.az xəbər verir ki, 24 yaşlı futbolçu həmin gün “Arılar”la yeni 5,5 illik müqavilə də imzalayıb. O, daha əvvəl 2025-ci ilin noyabrında da bu mükafata layiq görülmüşdü və bununla Premyer Liqa tarixində ayın futbolçusu mükafatını bir dəfədən çox qazanan ilk braziliyalı olub.
Tyaqo yanvar ayında möhtəşəm performans sərgiləyib. O, cəmi iki oyunda 5 qol vurub – “Everton”a qarşı het-trik edib, “Sanderlend”lə matçda isə dubla imza atıb. Onun qolları “Brentford”un mövsümün sürpriz komandalarından biri kimi ilk altılıq uğrunda mübarizəni davam etdirməsinə böyük töhfə verib.
Aylıq mükafatla yanaşı, Tyaqo Premyer Liqada bir mövsümdə ən çox qol vuran braziliyalı rekordunu da yeniləyib. O, əvvəlki 15 qolluq göstəricini geridə qoyaraq yeni rekord müəyyənləşdirib və hazırda bombardirlik yarışında Erlinq Haalandla mübarizəni davam etdirir.
© Copyright 2026, All Rights Reserved