Premyer Liqa: Ciddi zədələn müdafiəçi: “Əziyyətsiz qazanc yoxdur”
“Tottenhem 1 - 2 Aston Villa” oyununda Lukas Dinye bərk zədələnib.
90plus.az xəbər verir ki, “Aston Villa”nın fransalı müdafiəçisi Lukas Dinye “Tottenhem”lə keçirilən Premyer Liqa matçında Kevin Dansonun kobud müdaxiləsinə məruz qalıb. Futbolçu oyundan sonra topuğundakı zədənin fotosunu sosial şəbəkədə paylaşıb və "No pain, no gain" ("əziyyətsiz qazanc yoxdur") ifadəsini yazıb.
Epizod zamanı Danso topa yox, birbaşa Dinye-nin topuğuna zərbə endirib. Hakim isə bu epizoda görə futbolçunu yalnız sarı vərəqə ilə cəzalandırıb ki, bu da azarkeşlər arasında böyük narazılığa səbəb olub.
Fransalı müdafiəçinin durumunun ciddiliyi hələlik məlum deyil. “Aston Villa”nın yaxın günlərdə onunla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved