Premyer Liqa klubu baş məşqçisini qovdu - cəmi 39 gün
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının təmsilçilərindən olan "Notinqem Forest" klubu evdə "Çelsi"yə 0:3 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Ance Postekoqlu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Postekoqlunun "Notinqem Forest"dəki fəaliyyəti çox qısa çəkib – o, cəmi 39 gün komandaya rəhbərlik edib. Bu müddət ərzində komandaya 8 matçda rəhbərlik edən avstraliyalı mütəxəssis 2 heç-heçə və 6 məğlubiyyətə imza atıb.
Sonuncu dəfə "Çelsi"yə qarşı baş tutan və 0:3 hesabı ilə bitən oyundan cəmi 19 dəqiqə sonra klub Postekoqlunun istefaya göndərildiyini elan edib.
"Notinqem Forest" klubunun rəsmi açıqlamasında qeyd olunur:
“'Notinqem Forest' Futbol Klubu bir sıra məyusedici nəticə və çıxışlardan sonra Ance Postekoqlunun baş məşqçi vəzifəsindən dərhal uzaqlaşdırıldığını təsdiqləyir. Klub bu mərhələdə əlavə açıqlama verməyəcək.”
© Copyright 2026, All Rights Reserved