Premyer Liqa klubu baş məşqçisini qovdu

90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqası klublarından "Vest Hem Yunayted" baş məşqçi Qraham Potter ilə yollarını ayırdığını rəsmi şəkildə açıqlayıb.
Klubun yaydığı məlumatda bildirilib: “Keçən mövsümün ikinci yarısı və bu mövsümün əvvəlində əldə olunan nəticələr, eləcə də komandanın ümumi çıxışı gözləntiləri qarşılamadı. İdarə heyəti komandanın Premyer Liqadakı mövqeyini mümkün qədər tez yaxşılaşdırmaq üçün dəyişikliklərin vacib olduğuna inanır.”
Qeyd: Qraham Potter bu ilin yanvar ayında Julen Lopetegui-nin əvəzinə komandaya rəhbərlik etməyə başlamış və 2,5 illik müqavilə imzalamışdı. O, "Vest Hem Yunayted"in başında 25 oyuna çıxaraq cəmi 6 qələbə əldə edə bilib.
© Copyright 2025, All Rights Reserved