Premyer Liqa klubu Cakanı açıqladı

"Bayer"in yarımmüdafiəçisi Qranit Caka karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
90plus.az xəbər verir ki, "Sanderlend" 32 yaşlı yarımmüdafiəçini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Premyer Liqaya vəsiqə qazanan komanda Caka üçün Almaniya təmsilçisinə 15 milyon avro əsas, 5 milyon avro isə bonus olmaqla ümumilikdə 20 milyon avro ödəyəcək. İsveçrə yığmasının üzvü ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Xatırlatma: "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer etmişdi. Təcrübəli futbolçu ötən mövsüm Leverkuzen klubunun heyətində 49 rəsmi oyunda iştirak edib, 2 dəfə fərqlənib və 7 məhsuldar ötürmə verib.
© Copyright 2025, All Rights Reserved