Premyer Liqa klubunun futbolçusu mövsümü bitirdi
“Brentford”un yarımmüdafiəçisi Fabio Karvalyo ciddi zədə səbəbindən bu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
90plus.az xəbər verir ki, futbolçu ön xaçvari bağının qopması diaqnozu ilə əməliyyata hazırlaşır. Cərrahi müdaxilədən sonra Karvalyonun 2026/27 mövsümünə qədər meydanlardan uzaq qalacağı bildirilib.
Portuqaliya əsilli hücumçu 2024-cü ildə “Liverpul”dan “Brentford”a transfer olunub. O, yeni komandasında indiyədək 33 oyun keçirib, cari İngiltərə Premyer Liqasında isə 6 matçda forma geyinib.
© Copyright 2025, All Rights Reserved