Premyer Liqa: “Qarabağ” lider oldu!
Misli Premyer Liqasında 10-cu tura start verilib. İlk oyun günündə son çempion “Qarabağ” öz meydanında mövsümün debütantı “İmişli”ni qəbul edib və qələbə qazanıb.
90plus.az xəbər verir ki, Ağdam klubu rəqibini 2:0 hesabı ilə məğlub edib:
Qarabağ 2:0 İmişli
Abdullah Zubir 51’
E. Addai 82’
Qollar: https://t.me/doxsanplus/109945
Bu nəticədən sonra “Qarabağ” xalını 20-yə yüksəldərək turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Premyer Liqada ilk mövsümünü keçirən “İmişli” isə hazırda 7-ci pillədə yer alır.
© Copyright 2025, All Rights Reserved