Premyer Liqa təmsilçisindən yeni transfer
“Vest Hem Yunayted” Pablo Felipeni heyətinə qatdı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem Yunayted” Portuqaliya klubu “Jil Visente”dən hücumçu Pablo Felipenin transferini rəsmən açıqlayıb.
22 yaşlı forvard bu mövsüm Portuqaliya Premeyra Liqasında keçirdiyi 13 oyunda 10 qol vuraraq diqqət mərkəzinə düşmüşdü. Pablo Felipe “Vest Hem Yunayted” ilə 4 il yarımlıq müqavilə imzalayıb. Razılaşmada əlavə 1 il uzatma variantı da yer alır.
Premyer Liqada aşağı sıralarda yer alan klubun rəsmi açıqlamasında futbolçunun böyük ümidlərlə transfer edildiyi bildirilib. Pablo Felipe isə ilk açıqlamasında bunları deyib:
“Çox xoşbəxtəm. Bu klub üçün hər şeyimi ortaya qoyacağam, meydanda bütün gücümü, bütün səylərimi sərf edəcəyəm. Azarkeşlər klub gerbi üçün mübarizə aparan futbolçuları sevir və mən söz verirəm ki, bu klub üçün son damla tərimə qədər savaşacağam.”
Gənc hücumçu əlavə edib ki, “Vest Hem Yunayted”ə özünü sübut etmək üçün gəlib və yaşının gənc olmasına baxmayaraq, komandaya maksimum töhfə verməyə hazırdır.
© Copyright 2026, All Rights Reserved