Premyer Liqada "Çelsi" xal itirdi
İngiltərə Premyer Liqasında 27-ci turun oyunları davam edir.
90plus.az xəbər verir ki, tur çərçivəsində "Çelsi" doğma meydanda "Börnli" ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesab erkən – 4-cü dəqiqədə Joao Pedronun qolu ilə açılıb. Qonaqlar isə son dəqiqələrdə bərabərliyi təmin ediblər. Zian Flemminq 90+3-cü dəqiqədə fərqlənərək komandasını məğlubiyyətdən xilas edib.
Görüşün 72-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Uesli Fofana qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
27 turdan sonra “Çelsi” 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 19 xalı olan “Börnli” isə 19-cu sıradadır.
© Copyright 2026, All Rights Reserved