Prezident və baş məşqçi: “Eyni xəyalları paylaşırıq”

RƏSMİ: Nuno Eşpiritu Santu “Nottingem Forest”lə yeni müqavilə imzaladı.
90plus.az xəbər verir ki, “Nottingem Forest” baş məşqçi Nuno Eşpiritu Santu ilə yeni müqavilə imzalandığını rəsmən açıqlayıb. Portuqaliyalı mütəxəssisin sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.
Klubun sahibi Evangelos Marinakis bu qərarın ardınca açıqlama verərək, Eşpiritu Santu ilə ortaq məqsəd və arzular paylaşdıqlarını bildirib:
“Eyni xəyalları və ambisiyaları paylaşırıq. Məqsədimiz Premyer Liqada və Avropa turnirlərində uğurla çıxış etmək, klubumuz üçün titullar qazanmaqdır.”
Qeyd: Nuno Eşpiritu Santu 2023-cü ilin dekabrında komandanın başına keçmişdi. Onun rəhbərliyi altında “Forest” 2024/25 mövsümündə Premyer Liqada qalmağı bacarıb.
© Copyright 2025, All Rights Reserved