Prezidentdən minifutbola 2 milyon manat dəstək

Prezident İlham Əliyevdən Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat maddi dəstək verdi.
90plus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minifutbolun inkişafı üçün mühüm dəstək göstərib. Dövlət başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan Minifutbol Federasiyasına Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.
Bu vəsait ölkədə minifutbolun daha geniş yayılması, infrastrukturun inkişafı, beynəlxalq yarışlara hazırlıq və ölkəmizin idman nüfuzunun gücləndirilməsi məqsədi daşıyır.
Azərbaycan Minifutbol Federasiyası son illərdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə uğurlu fəaliyyət göstərir. Xüsusilə milli komandamızın 2022-ci ildə Avropa çempionu olması və bir neçə gün öncə dünya çempionluğunu qazanması bu idman növünə marağı artırmış, minifutbolun kütləviliyinə təkan vermişdi.
Ayrılan maliyyə dəstəyi federasiyanın gələcək layihələrinin reallaşmasına və yeni uğurların qazanılmasına mühüm töhfə verəcək.
© Copyright 2025, All Rights Reserved