PSJ – “Atalanta” oyunu öncəsi Parisdə insident

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək PSJ – “Atalanta” qarşılaşmasından öncə Parisdə yerli azarkeşlərlə italyan fanatlar arasında ciddi qarşıdurma baş verib.
90plus.az xəbər verir ki, çərşənbə axşamı gecə saatlarında baş verən insident zamanı 19 nəfər italyan azarkeş saxlanılıb. Paris Polis İdarəsinin İctimai Asayiş və Nəqliyyat İdarəsinə (DOPC) tabe olan əməkdaşlar tərəfindən aparılan əməliyyat nəticəsində saxlanılan şəxslər zorakılıq və silah daşımaqla yanaşı, əmlaka zərər vurmaqda da ittiham olunurlar.
Bütün saxlanılan şəxslər nəzarət altına alınıb. Hadisədə iştirak edən parislilər barəsində isə PSJ klubundan verilən açıqlamada bildirilib ki, onlar artıq “Parc des Princes” stadionuna giriş qadağası alıblar və “Collectif Ultras Paris” (CUP) fan qrupu ilə əlaqələri kəsilib.
Qeyd: PSJ – “Atalanta” qarşılaşması bu gün axşam saat 23:00-da (Bakı vaxtı ilə) keçiriləcək.
© Copyright 2025, All Rights Reserved