PSJ azarkeşləri “Alyans Arena”nın otunu korladı

PSJ azarkeşlərinin "Alyans Arena"da qeyd etdiyi çempionluq stadionun ot örtüyünə zərər vurdu.
90plus.az xəbər verir ki, 2025 UEFA Çempionlar Liqasının finalında PSJ-nin "İnter" üzərində 5:0 hesablı qələbəsindən sonra Münhen stadionunda baş verən hadisələr stadionun ot örtüyünə ciddi zərər verib. PSJ azarkeşləri qələbəni qeyd etmək üçün meydana daxil olaraq ot örtüyünü zədələyib və tor parçalarını xatirə kimi götürüblər.
Stadionun rəhbəri bir neçə PSJ azarkeşinin meydanı zədələdiyini təsdiqləyib və UEFA-nın kluba cərimə tətbiq edəcəyini bildirib.
UEFA zədələnmiş ot örtüyünün təmirini öz üzərinə götürərək, təmir xərclərini PSJ-dən alacağı cərimə ilə qarşılayacaq.
Bu hadisə UEFA-nın təşkilatçılığı və stadion təhlükəsizliyi ilə bağlı tənqidlərə səbəb olub. Tədbir təşkilatçıları belə halların təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirməyi planlaşdırırlar.
"Allianz Arena"nın ot örtüyü hibrid sistemə malikdir və bu, təmir prosesini sürətləndirməyə kömək edir. Stadion rəhbərliyi, ot örtüyünün Millətlər Liqasının yarımfinal matçına qədər tam bərpa olunacağını və oyun üçün hazır olacağını bildirib.
Qeyd: Cəmi 4 gün sonra həmin arenada Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində Almaniya – Portuqaliya matçı keçiriləcək.
📰: Reuters; Bavarianfootballworks
© Copyright 2025, All Rights Reserved