PSJ azarkeşlərini polis saxladı
PSJ-nin 2025-ci ildə əldə etdiyi tarixi uğurlar münasibətilə Parisdə keçirilən bayram tədbirləri xoşagəlməz hadisələrlə yadda qalıb.
90plus.az xəbər verir ki, Le Parisien nəşrinin məlumatına görə, şənbə axşamı Eyfel qülləsi yaxınlığındakı Trokadero meydanında klubun Çempionlar Liqası da daxil olmaqla qazandığı altı titulu qeyd etmək üçün toplaşan azarkeşlər arasında baş verən iğtişaşlar zamanı təxminən 40 ultra saxlanılıb.
Polisin iddiasına əsasən, azarkeşlər fişənglərdən, pirotexniki vasitələrdən və mortarlardan istifadə edərək ictimai asayişi pozublar. Hadisə ilə bağlı Paris polis prefekturası tərəfindən araşdırma başlanıb.
Baş verənlərə baxmayaraq, insident nəticəsində xəsarət alanın olmadığı bildirilir.
© Copyright 2026, All Rights Reserved