PSJ Bundesliqadan futbolçu bəyənib
PSJ "Verder"in futbolçusu Karim Kulibalini heyətinə qatmaq niyyətindədir.
90plus.az xəbər verir ki, Fransa çempionu 18 yaşlı müdafiəçi üçün danışıqlara start verib.
Məlumata görə, Paris təmsilçisi gənc futbolçunun transferini yay pəncərəsində reallaşdırmağı planlaşdırır.
Qeyd: Karim Kulibalinin "Verder"lə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir. O, bu mövsüm 22 matçda iştirak edib və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved