PSJ Çempionlar Liqasının qalibi oldu

PSJ 2024-2025-ci illər mövsümünün Çempionlar Liqasının qalibi oldu.
90plus.az xəbər verir ki, "Allianz Arena"da final matçında "İnter" Fransa təmsilçisi PSJ-nin qarşısına çıxmışdı. Oyundan əvvəl maraqlı kansert də təşkil olunmuşdu. Hər iki klubun əfsanələri Xavier Zanetti və Xavier Pastore kuboku stadiona gətirdi.
Oyunda isə PSJ əzici üstünlüklə başladı və ilk hissədə artıq hesabı 2-0 etmişdi. İkinci hissədə də 3 dəfə fərqlənən PSJ rəqibi üzərində 5-0 hesablı qələbə qazanaraq Avropanın ən böyüyü adını aldı. Bu, PSJ-nin ilk Çempionlar Liqası kubokudur.
PSJ 5 - 0 İnter
A.Hakimi 12'
D.Due 20' 63'
K.Kvaratsxeliya 73'
S.Mayulu 86'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/103561
https://t.me/doxsanplus/103567
https://t.me/doxsanplus/103569
https://t.me/doxsanplus/103570
Qeyd: Bu nəticə UEFA Çempionlar Liqasında daha bir rekordu müəyyənləşdirib. PSJ-nin 5-0-lıq nəticəsi finallarda ən böyük fərqli qələbə sayılır. Rekord bundan əvvəl 1994-cü ildəki finalda "Barselona"nı 4-0 məğlub edən "Milan"a məxsus idi.
© Copyright 2025, All Rights Reserved